31 Dekabr 2024 13:13
1 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2025-ci ildə Azərbaycan və Ermənistan arasında uzun müddətdir gözlənilən sülhün təmin edilməsi üçün əlindən gələni etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Rusiya Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə davam edir. Bu prosesin irəliləməsinə mühüm töhfə oktyabrda Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Azərbaycan-Ermənistan yüksək səviyyəli danışıqları olub. Yeni ildə də Bakı və İrəvan arasında möhkəm və ədalətli razılaşma əsasında uzun zamandır gözlənilən sülhün təmin edilməsi üçün mümkün olan hər şeyi etməyə hazırıq. Bu sənəd Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında regionda nəqliyyat kommunikasiyalarının (dəhlizlərin) blokunun açılması ilə bağlı razılaşmaları praktikada tətbiq etməyə imkan verəcək. Çox işlər görülüb, amma görüləsi işlər hələ çoxdur”, - səfir bildirib.

Kopırkin Rusiya-Ermənistan münasibətlərinə də toxunub. Onun sözlərinə görə, ötən il çətinliklərə baxmayaraq, Moskva və İrəvan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək üçün ardıcıl və məqsədyönlü şəkildə çalışıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər