15 gün olar Türkiyədən əməliyyatdan qayıtmışam. Orqanizmimdə şiş var idi, onu götürdülər.
Bunu Teleqraf.com-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.
“Hazırda karantindəyəm. Ona görə də, bir neçə ay işdə ola bilməyəcəm. Dostlarımız çox narahat olmasın. Hər şey yaxşılığa doğru gedir. Hamı xəstələnə bilər. İnşallah, tezliklə işimizin başına dönəcəyik”, - deyə o əlavə edib.
Mirmahmud Mirəlioğlu 1 sentyabr 1956-cı ildə Yardımlı rayonunda anadan olub. Milli Məclisinin I və II çağırış deputatı olub. 2006-cı ildən Klassik Xalq Cəbhəsi Partiyasının sədridir.