9 Yanvar 15:34
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Məsud Pezeşkian il ərzində Azərbaycana səfər edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanın Azərbaycan və Ermənistana səfərləri Prezident Məsud Pezeşkianın Cənubi Qafqazın bu iki ölkəsinə gələcəkdəki səfərlərinə hazırlıq məqsədi daşıyır. Pezeşkian bu ay Moskvaya səfər edəcək və rusiyalı həmkarı Vladimir Putinlə strateji sazişi imzalayacaq. Pezeşkianın il ərzində Azərbaycana da səfərinin reallaşacağını proqnozlaşdırmaq olar.

Maraqlı olan Pezeşkianın birinci Azərbaycan, yoxsa Ermənistana səfər edəcəyidir. O, yalnız Azərbaycana gəlib Ermənistana səfəri sonrakı mərhələyə saxlasa, İrandakı mühafizəkarların sərt tənqidinə məruz qalacaq. Ona görə də Pezeşkian Təhlükəsizlik Şurasının katibi kimi əvvəl Azərbaycana gələ, buradan da Ermənistana gedə bilər”, - ekspert qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər