9 Yanvar 15:25
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni yerlə bağlı satıcılara məlumat verilib, onlar köçməyə razıdırlar.

Bu sözləri Teleqraf.com-a bazarın nümayəndəsi Emin Cəbrayılov deyib.

“Hazırda "Keşlə bazarı"nda 200 nəfər işləyir. Ola bilsin, onlardan bəzilər başqa bazara gedəcək. Amma əksəriyyət “Eurohome”da ayrılan yeni bazara köçəcək. “Eurohome”da meyvə-tərəvəz satışı üçün ayrıca bazar tikilir. Keşlə bazarı fevralın 1-dən boşaldılmalıdır, bu səbəbdən köç yaxın günlərdə başlayacaq", - deyə o əlavə edib..

Emin Cəbrayılov icarə qiymətlərinin "Keşlə bazarı"ndan ciddi fərqlənməyəcəyini, satıcılar üçün sərfəli olacağını söyləyib: “Bazar sahibinin də köçürülməyə heç bir etirazı yoxdur. Bu, dövlət proqramıyla bağlı məsələdir. Oradan böyük yol keçəcək”.

Qeyd edək ki, "Keşlə bazarı" Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə söküləcək. Bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin başlanılması bu ilin fevral ayının 1-nə qədər təxirə salınıb.

***

14:53

“Keşlə bazarı” "Dərnəgül"də yerləşən “Eurohome” bazarına köçürüləcək.

Bunu Teleqraf.com-a bazarda işləyən satıcılar bildirib.

Onların sözlərinə görə, artıq “Eurohome” ərazisində satıcılar üçün yerlərin tikintisinə başlanılıb.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər