3 Avqust 2016 11:09
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə avqustun 2-də, axsan saatlarında Xəzər dənizinin Novxanı çimərliyində qeydə alınıb.

Göyçay rayon sakinləri, 2000-ci il təvəllüdlü Səmayə Əliyeva və onun 2002-ci il təvəllüdlü bacısı Aytac Əliyeva dənizdə çimərkən boğularaq ölüblər.

Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və Səmayə Əlıyevanın cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Aytac Əliyevanın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər