4 Avqust 2016 01:35
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika alimləri vaxtından əvvəl dünyaya gəlmiş uşaqlara ana südünün təsirini araşdırıblar.

Elm adamları vaxtından əvvəl dünyaya gəlmiş, çəkisi 1250 qramdan az olan 180 uşağın sağlamlıq və inkişafını müşahidə ediblər.

Aparılan tədqiqatlar nəticəsində ömrünün ilk 28 gününü ana südü ilə qidalanan körpələrdə digərlərinə nisbətən İQ səviyyəsinin daha yüksək olması, beyinin bir çox hissəsinin daha çox inkişaf etməsi bəlli olub. Bundan əlavə, bu uşaqların yeddi yaşına çatanda daha yaxşı inkişaf etdiyi və məntiqi testlərdə daha yüksək nəticə göstərdikləri sübut olunub. Onların yaşıdlarından fərqli olaraq bilik və idrak, o cümlədən oxu, riyaziyyat, dil, vizual qavrayış, iş yaddaş testləri, diqqət bacarıqlarının daha üstün olduğu da müəyyən edilib.


Müəllif:

Oxşar xəbərlər