2 Sentyabr 2016 14:27
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yağan yağışlar, çaylarda baş verən daşqınlar nəticəsində sürüşmə sahələrinin fəallaşması gözləniləndir”.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib.

Baş geoloqun sözlərinə görə, hazırda nazirliyin əməkdaşları bölgələrdə monitorinq aparırlar: “Məlumatlar toplanandan sonra yekun rəy hazırlanacaq. Bu yağışlardan sonra sürüşmə obyektlərində dinamik fəallaşmaya səbəb olacaq”.

Ələmdar Piriyev qeyd edib ki, İsmayıllı rayonu ərazisindəki bəzi sürüşməyə meylli sahələrdə, Xızı, Şamaxı, Ağsunun dağətəyi hissələrində sürüşmə sahələrində aktivlik gözlənilir: “Avqust ayında respublika ərazisindəki sürüşmənin dinamikasında fəallaşma müşahidə edilməsə də, bəzi ərazilərdə uçqunlar qeydə alınıb. Bakı-Şamaxı yolu,Bakı-Ağsu yolunun 132-155-ci kilometrliyi, Lənkəran-Lerik yolunda müəyyən qədər töküntü meydana gəlib.

Bu ərazilərdə sürüşmənin dinamikasında müəyyən qədər aktivləşmə müşahidə olunub”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər