23 Sentyabr 2016 17:34
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin komitə sədri Siyavuş Novruzov məzarlıqlarla bağlı qanun yox, Nazirlər Kabinetində qaydalar qəbul olunacağını deyib.

Deputat müəyyən yoluxucu xəstəliklə ölənlərin meytinin yandırılacağını bildirib: “ Məzarlıqlar su hövzəsindən ən azı 300 metr kənarda salınacaq. Səbəb meyitin torpağa qarışdıqdan sonra suya sirayət etməsidir ki, buna yol vermək olmaz. Tibbi qaydalar nəzərə alınacaq. Elə xəstələr var ki, onları basdırmaq olmaz, nəşi yandırılmalıdır. Çünki elə xəstəliyin daşıyıcısı ola bilər ki, torpağa qarışdıqdan sonra yayılma ehtimalı böyük ola bilər. Ona görə layihədə təhlükəli xəstəlik daşıyıcısı olan ölənin nəşinin yandırılması məsələsi də əksini tapıb”.

Məsələyə Səhiyyə Nazirliyi münasibət bildirilib. Nazirlikdən verilən açıqlamada deyilir ki, qurumda bu qaydalar barədə heç bir məlumat yoxdur: “Nazirlik icraçı orqandır. Nə qərar verilsə, bizim qurum onu icra etməyə hazırdır. Nazirlər Kabineti hansı xəstəliyi olanların meyitinin yandırılması haqda sənəd qəbul etsə, biz də onu icra edəcəyik. Bu istiqamətdə nazirliklə heç bir məsləhətləşmə aparılmayıb.”

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər