29 Oktyabr 2016 12:54
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

24 avqust 2007-ci il tarixli prezident sərəncamına əsasən çap olunan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” (DƏK) seriyasından daha 8 kitab işıq üzü görüb.

Bakı Kitab Klubundan Teleqraf.com-a verilən məlumata görə, yeni kitablar bunlardır:

1. Marqaret Mitçell. “Küləklə sovrulanlar” (I cild)
2. Marqaret Mitçell. “Küləklə sovrulanlar” (II cild)
3. Artur Konan Doyl. Seçilmiş əsərləri
4. Sol Bellou. Seçilmiş əsərləri
5. Frensis Skott Fitscerald. Seçilmiş əsərləri
6. Romen Rolan. Seçilmiş əsərləri
7. Yapon ədəbiyyatı antologiyası
8. Yunan və Roma əfsanələri antologiyası.

Bununla DƏK seriyasından çap olunan kitabların sayı 118-ə çatıb.

Sözügedən seriyadan olan kitabların çapına 2009-cu ildən başlanılıb. Kitablar dörd bölümdə nəşr edilir: 45 kitab klassik dünya ədəbiyyatından, 40 kitab Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərlərindən, 40 kitab müasir dünya ədəbiyyatından, 25 kitab isə dünya ədəbiyyatı üzrə antologiyalardan ibarətdir.

Səxavət


Müəllif: