İqtisadiyyat Nazirliyi bu ilin noyabrın 27-30-da Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə və 1-3 dekabrda isə Misir Respublikasının Qahirə şəhərinə ixrac missiyalarını təşkil etdiyini elan edir.
Teleqraf.com xəbər verir ki, təbii mineral sular, ət və ət məhsulları, meyvə-tərəvəz məhsulları, meyvə şirələri, bal və bal məhsulları, süd və süd məhsulları ixrac edənlər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək.