3 İyul 2014 16:40
898

VHP sədri, deputat Sabir Rüstəmxanlı bəyan edib ki, son günlər Şah İsmayıl Xətaiyə hücumlar təsadüfi deyil. Eks-spiker Rəsul Quliyevin Səfəvi şahzadəsi haqda dediklərini qəbul etməyən Rüstəmxanlı bildirib ki, tarixlə peşəkarlar məşğul olmalıdır.

Teleqraf.com-un xəbərinə görə, daha sonra deputat aşağıdakıları bildirib: “Mənim zənnimcə, bu gün kütləvi antitürk təbliğatı var. Azərbaycan xalqını kökündən qoparmaq və ruhdan salmaq məsələsi var. Televiziyalarımıza baxın, şou verilişlərində nə qədər desəniz, cinsi azlıqları və bizim millətə yaraşmayan, əxlaqı deformasiyaya uğrayan adamları dəvət edirlər. Qadınlarımıza qadın tərbiyəsi olmayanlar, kişilərə isə kişilik duyğularından uzaq olanlar dərs verir. Azərbaycanda vuruşa bilməyən, məğlubiyyəti ilə barışan, torpağını qoruya bilməyən, rüşvətxor, bazar adamı, indiki dünya siyasətini bilməyən azərbaycanlı obrazı yaratmağa çalışırlar. Televiziyalarda hiss edilmədən bu millətə psixoloji hücum var. Bu, psixoloji və əxlaqi hücumdur. Həm də açıq-aşkar düşmənçilik, xəyanətdir. Biz bunu görməliyik. Odur ki, tariximizə münasibət, tariximizlə bağlı bu cür avantürist fikirlərin ortaya çıxmasına mən elə bu mövqedən yanaşıram”.

Cavidan


Müəllif:
Загрузка...