29 Noyabr 2016 21:39
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan ilə görüşüb.

Cəmiyyətin mətbuat katibliyindən Teleqraf.com-a verilən məlumata görə, Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısına gələcəkdə dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib. Bildirib ki, bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi artıq dizel ilə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər.

Görüşdə həmçinin Türkiyə və Azərbaycan ölkələrinin dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması və digər məsələlər müzakirə olunub.

Türkiyə nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti haqqında danışıb. O bildirib ki, layıhənin Türkiyə hissəsində işlər son mərhələdədir, qısa müddətdə başa çatdırılacaq və bununla da dəmir yolu vasitəsilə Çindən Avropaya birbaşa əlaqə qurulacaq.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.


Müəllif:

Oxşar xəbərlər