Bakının Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli, 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 53 m2 sahədə və ona bitişik tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli, 2 otaqlı evin dam örtüyü 15 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1958-ci il təvəllüdlü İsmayılov Nəriman Vəli oğlunun yanmış meyiti aşkarlanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.