2 Fevral 2017 17:48
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 1-də Daxili İşlər Nazirliyindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Mərdəkan sakini Hüseynov Təvəkkül Mədət oğlunun ona məxsus şəxsi həyətyanı sahəsində saxladığı 8 baş ceyranı könüllü olaraq ETSN-yə təhvil vermək istəməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazirlik əməkdaşları həmin şəxsin evinə gedərək 8 baş ceyranı təhvil alıblar.

Ceyranlar Şirvan Milli Parkına göndərilib və parkda onların bir neçə gün volyerdə saxlanılaraq adaptasiya dövrü keçməsi, həkim müayinəsinə cəlb olunması təşkil edilib. Ceyranların yalnız bu prosedurlardan sonra vəhşi təbiətə buraxılması məqsədəuyğun hesab edilib.


Mərdəkan qəsəbə sakini Təvəkkül Hüseynov 2007-ci ildə ona hədiyyə olunmuş 2 baş üç aylıq ceyran balalarına həyətyanı sahəsində qulluq edib, 10 il ərzində təbii yolla çoxalmasına nail olub.


Nazirliyin vətəndaşlardan vəhşi heyvanların qanunsuz saxlanılması ilə bağlı faktlarla rastlaşdıqda onların vəhşi təbiətə buraxılması üçün nazirliyin 168 nömrəli qaynar xəttinə müraciət etmələrini xahiş edir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər