Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxsə cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanova yaxalanılıb.
O, ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasının Bursa və İstanbul şəhərlərinə aparıb. Orada qadınları pul ödənişi müqabilində kişi müştərilərlə görüşdürüb, insan alveri edərək, pul qazanıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Hacı Zeynalov