9 Aprel 2017 13:38
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" QSC (AZAL) öz sərnişinlərinə və veb-saytının istifadəçilərinə xəbərdarlıq edib.

AZAL-dan "Report"a verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, "Amadeus" sisteminin yenilənməsi ilə əlaqədar olaraq, bəzi cihazlarda saytdakı informasiyanın təsvirində problemlər yarana bilər.

"Nəticədə aviabiletlərin əldə edilməsi prosesində çətinliklər ilə qarşılaşa bilərsiniz. Bu cür problemlərlə rastlaşan istifadəçilərdən veb-saytın açılışından öncə brauzerin keşini təmizləməyi tövsiyə edirik. Suallarınız yaranarsa, 24 saat çalışan çağrı mərkəzinə müraciət edə bilərsiniz: [email protected]",- deyə məlumatda bildirilir.

Şirkət müvəqqəti narahatlığa görə üzr istəyir.

Müxtəlif brauzerlərdə keşin təmizləməsi üzrə təlimat aşağıdakı videoda təqdim edilib:


Müəllif:

Oxşar xəbərlər