25 Aprel 2017 13:00
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü iclasında Əmək Məcəlləsinə əlavələr müzakirə olunub.

Teleqraf.com-un xəbərinə görə, layihə barədə Əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

O bildirib ki, Məcəlləyə təklif edilən 5.1 maddəsinə əsasən, korrupsiya ilə əlaqədar məlumat verən işçinin hüquqların qorunacaq. Əlavədə idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədarməlumat vermiş işçisi barədə intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığının əsaslandırılması nəzərdə tutulur.

Təklif edilən əlavə göstərilir ki, korrupsiya barədə məlumat verən işçi attestasiyadan keçirildikdə idarə, müəssisə və ya təşkilatın hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

Cavad


Müəllif:

Oxşar xəbərlər