Universitetdən Teleqraf.com-a verilən məlumata görə, tədbir Azərbaycan himninin səslənməsi ilə başlayıb.
Tədbirdə Qərb Universitetinin müəllimləri və tələbələri çıxış edərək hərbçilərə fədakar xidmətə görə minnətdarlıqlarını bildirib, universitet tələbələrinin daim onlarla birgə olduqlarını ifadə ediblər.
Bildirilib ki, bu səfərin aprel ayında təşkil olunması müəyyən mənada rəmzi xarakter daşıyır. Ötən ilin məhz aprel ayında Azərbaycan ordusu ermənilərin cəbhə xəttindəki təxribatlarına layiqli cavab verərək, böyük bir ərazini düşməndən azad edib. Sonra tələbələrə hərbi hissənin fəaliyyəti barədə məlumat verilib, onlar yataqxana, çamaşırxana və yeməkxana ilə tanış olublar.
Daha sonra tələbələr musiqi nömrələri ifa edib, əsgərlərlə birlikdə rəqs ediblər.
İlhamə ƏBÜLFƏT