2 May 2017 11:12
2 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ağır xəbərini aldığımız Zöhrab Əmirxanlı son dəfə Feysbuk sosial şəbəkəsində fevralın 17-də olub, üç status paylaşıb.

Bu statuslarının birində ömrünün yarıdan çoxunu sağalmaz xəstəliklə, ağrı-acı ilə keçirən, lakin içi daim işıqla dolu, insanlara sevgi paylamaqdan yorulmayan Zöhrab bəy yenə də ənənəsinə sadiq qalıb, hər gün dəniz sahilində gəzintidən paylaşdığı gözəl fotoları yenə də bölüşüb və bu sözləri yazıb:

“81-dən Bakıdayam. Ama indiyəcən bu şəhərdə qarın belə gözəl olduğunu, bu gözəllikdən gələn romantikanın bunca qıcqırdığını və aşıb-daşdığını görməmişdim...)))

... Bulvarda azı 15 sm qalınlığında qar vardı. Mühafizəçilərdən hansısa dedi ki, bu qədər qar cəmi iki saata - 4-dən 6-can yağıb. Çarli ilə evə qayıdanda hələ də yağırdı.

... Ama doğrudan, çox tərbiyəli, sözəbaxan, yolagedən, üzəqayıtmayan, ətəyində namaz qılmalı İlahi bir səhər açılırdı...)))))

... Sabahlarınız həmişə xeyrə açılsın!

P. S. Rica edirəm, şəkilləri tək-tək layk eləməyin!”

Xatırladaq ki, fevralın 17-sindən sonra Zöhrab Əmirxanlı bir də səhifəsində heç nə paylaşmayıb və bu, dostlarının ciddi narahatlığına səbəb olub. Bundan bir gün qabaq isə Zöhrab mərhum jurnalist dostları Məmməd Nazimoğlu və Zakir Sadatlı ilə birgə fotosunu paylaşıb və qeyd edib: "...Məndən ötrü Dünya, həm də bu dostlarsız - Məmməd Nazimoğlu və Zakir Sadatlısız bomboş qaldı..."

Teleqraf.com mərhum həmkarımızın çəkdiyi və bizimlə paylaşdığı son fotoları onun oxucuları ilə paylaşır. Ruhu şad olar bəlkə də...


Müəllif:

Oxşar xəbərlər