26 May 2017 14:49
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstanla sərhəddə yerləşən “Barva” gömrük məntəqəsinin rəisini rüşvət aldığına görə həbs edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorluğu məlumat yayıb.

Xüsusi xidmət orqanlarının apardığı genişmiqyaslı əməliyyatlar nəticəsində əldə olunmuş dəlillərə əsasən, mayın 25-də broker fəaliyyəti ilə məşğul olan direktor və “Barva” gömrük məntəqəsinin rəisi rüşvət iddiaları ilə saxlanılıb.

Məlumata görə, bir sıra təşkilatların rəhbərləri, o cümlədən əməkdaşları, fiziki şəxslər broker şirkətinin işçiləri ilə işbirliyinə girərək rüşvət verməklə gömrük məntəqəsindən malların idxalı və ixracını daha aşağı faiz dərəcələri ilə həyata keçiriblər.


Müəllif: Nərgiz

Oxşar xəbərlər