Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, mərasimdə komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.
Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 29-da yarışların ilk günündə çıxış edəcəklər.
Ümumilikdə “Tank biatlonu” müsabiqəsində 19 ölkədən (Azərbaycan, Anqola, Belarus, Venesuela, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Zimbabve, İran, Çin, Hindistan, Küveyt, Laos, Monqolustan, Nikaraqua, Rusiya, Serbiya, Tacikistan və Uqanda) komanda iştirak edəcək.
Müsabiqənin final estafeti avqustun 12-də yarışların son günü keçiriləcək.