Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər azyaşlının dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri azyaşlını sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 10:00-da başa çatıb.