4 Avqust 2017 08:18
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

“Azəriqaz” İB-dən Teleqraf.com-a verilən məlumata görə, avqustun 4-də saat 10:00-dan işlər başa çatanadək “Qaradağ-Digah-Hövsan” magistral qaz kəmərinə yeni xəttin birləşdirilməsi ilə əlaqədar “Sulutəpə”, “Alatava” və “Təzə Qanlı Göl” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Bakının Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

Aparılan təmir işlərinin Nəsimi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür. Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-i bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər