Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən aprelin 28-də saat 11:00-dan Qəbələ şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Teleqraf.com-un xəbərinə görə, qəbulda yalnız Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 may küçəsi, 40), digər məsələlərlə bağlı isə Fövqəladə Hallar Nazirliyinin Simal-qərb Regional Mərkəzinin inzibati binasinda (ünvan: Qəbələ şəhəri, Elçin Kərimov küçəsi, 46) keçiriləcək.
Vətəndaşların qeydiyyatı müvafiq olaraq Qəbələ rayon Mədəniyyət Mərkəzində və Simal-qərb Regional Mərkəzinin inzibati binasinda aprelin 27-si saat 09:00-dan başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.