7 Noyabr 2017 15:19
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi "Mersedes Benz 300D" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin təkərlərindəki şinlərin içərisindən gömrük nəzarətindən gizlədilən 3840 ədəd "SFA-100 M50" markalı pirotexniki vasitələr aşkar edilib.

Fakt üzrə aşkar edilən pirotexniki vasitə yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan verə biləcək potensiala malikdir.

Bununla belə, partlayıcı xassəyə malik bu predmeti avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla insanın da həyatını təhlükə altında qoymaqdır.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər