22 Noyabr 2017 14:58
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Büdcə layihəsinin komitə iclaslarında müzakirəsi zamanı insan kapitalı əsas məsələ oldu. Büdcə ilə bağlı ümumi vəziyyət yaxşıdır, inkişaf tendensiyası müşahidə edilir.

Teleqraf.com xəbər verir ki,bu sözləri vitse-spiker Bahar Muradova Milli Məclisdə büdcə layihəsinin müzakirələri zamanı çıxışında bildirib.

B.Muradova inkişafla yanaşı problemlərin də olduğunu və onların aradan qaldırılması üçün büdcə təminatına ehtiyac olduğunu deyib: “İnsan kapitalının inkişafı bütün sahələrdə hüquqların qorunmasını təmin edir. Bunu təmin edəcəyiksə, hökumət və dövlət olaraq qarşımızda duran məsələləri yerinə yetirdiyimizi deyə bilərik. İnsan hüquqlarının qorunması məhkəmə, hüquq-mühafizə orqanlarınin fəaliyyəti ilə birbaşa bağlıdır. Bu istiqamətdə işlərin çoxluğunu nəzərə alaraq, hakim və vəkillərin sayının artırılması, bunun büdcə təıminatını xüsusi vurğulamalıyıq. Vəkillərlə bağlı vəziyyət çox ciddidir. Vəkilliklə bağlı bu günlərdə qəbul etdiyimiz dəyişikliklər onların sayının artırılmasını labüd edir. İş yükünün çoxluğu səbəbindən işlərin yaxşı araşdırılmaması, istintaq gedişi zamanı yaranan boşluqlar məhkəmə prosesində də çətinlik yaradır. Nəticədə insanlar hüquqlarının pozulması ilə bağlı iddialarını gündəmə gətirirlər”.

B.Muradova qaçqın və məcburi köçkünlərlə bağlı çox işlər görüldüyünü, lakin nə qədər çox iş görülsə də, əlavə tədbirlərə ehtiyac olduğunu deyib: “Harada məskunlaşmasından asılı olmayaraq, onlar da evlə təmin edilmələrini istəməkdə haqlıdırlar. Hesab edirəm ki, qəzalı binalarda olan köçkünlərin tezliklə köçürülməsinə ehtiyac var. Ayrı-ayrı evlər, müəssisələrdə yerləşən məcburi köçkünlərin vəziyyəti də çox ağırdır. Özəl sahənin mülkiyyətində olan məcburi köçkünlərin siyahıya alınmasına ehtiyac var. Çünki çox zaman obyekt sahibləri həmin məcburi köçkünmləri sıxışdırır. Bu siyahıyaalmadan sonra həmin məcburi köçkünlərə daha yaxından kömək edə, obyekt sahibləri qarşısında da bu məsələni qaldıra bilərik. Bu məsələdə diferensial yanaşmaya ehtiyac var. Bununla yanaşı biz daha çox diqqəti şəhid ailələrinə yönəldirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər