25 Aprel 2014 15:09
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:25

Xəbər verdiyimiz kimi, Bakı Apelyasiya Məhkəməsində Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirovun işinə baxılır.


Teleqraf.com-un məlumatına görə, hazırda R.Mirqədirov məhkəmə zalına aparılır. Onun hüquqlarını vəkil Fuad Ağayev müdafiə edir. Apelyasiyaya da vəkil müraciət edib.

Qeyd edək ki, aprelin 20-də Rauf Mirqədirova Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb.

15:05

Hazırda Apelyasiya Məhkəməsində "Ayna-Zerkalo” qəzetlərinin əməkdaşı Rauf Mirqədirovun apelyasiya şikayətinə baxılır.

Teleqraf.com-un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən proses jurnalistlər üçün qapalıdır.

Müdafiə tərəfi R.Mirqədirovun qanunsuz həbs olunması ilə bağlı apelyasiya şikayəti verib.

Aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunan R. Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Jurnalistin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.

Teleqraf.com məhkəmənin nəticəsilə bağlı məlumat verəcək.


Müəllif:

Oxşar xəbərlər