30 Dekabr 2017 12:46
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtkin düşmüş alpinistlərin axtarışları davam edir.

Bu barədə Teleqraf.com-a Əməliyyat Qərargahından məlumat verilib.

"Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Bu gündən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin mütəxəsisləri də xüsusi təyinatlı avadanlıqlarla təhciz edilərək axtarışlara qoşulub.

Əlavə məlumat veriləcək.


Müəllif: İlhamə Əbülfət