Azərbaycan Milli Məclisinin fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb.
İclasın gündəliyinə 15 məsələ daxildir.
Bunlar "Sosial sığorta haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Peşə təhsili haqqında", “Dərman vasitələri haqqında”, “Terrorçuluğa qarşı mübarizə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunlara, o cümlədən İnzibati Xətalar və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.
Bundan başqa, iclasda parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi və 2018-ci ilin qanunverici işlər planı təsdiqlənəcək.
Azərbaycan Milli Məclisinin yaz sessiyasının qanunverici işlər planı da açıqlanıb.
Yaz sessiyasında "Azərbaycan Respublikasının dövlət bayrağı haqqında", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında", "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Konstitusiya qanunlarına baxılacaq.
Bundan başqa, "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında", "Daxili qoşunlar haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Texniki təmizləmə haqqında", "Standartlaşma haqqında", "Hesablama palatası haqqında", "Kabel şəbəkəsi yayımı haqqında", "Kinemotoqrafiya haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Turizm haqqında", "Psixoloji yardım haqqında", "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında", "Peşə təhsili haqqında" qanun layihələri müzakirə olunacaq.
Sessiya dövründə həmçinin Azərbaycan Prezidentinin, deputarların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunverici təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələrinə baxılacaq./Report/