2 Fevral 2018 12:36
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yol hərəkəti haqqında" Qanunun 85-ci maddəsi yol hərəkəti təhlükəsizliyinə nəzarət vaxtı Dövlət Yol Polisinin etdiyi bəzi məsələləri təkrarlayır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, həmin qanunda nəzərdə tutulanlar “İnzibati xətalar məcəlləsi”, “Yol patrul xidməti haqqında Təlimat”la, “Polis haqqında” qanunla tənzimlənir:

“Elə məsələlər də var ki, Beynəlxalq Konvensiyalarla tənzimlənir. Həmin məsələlər “Yol hərəkəti haqqında qanun”da olmamalıdır. “Yol hərəkəti haqqında qanun” yol hərəkəti qaydalarını müəyyən edir ki, sürücü, piyada, sərnişin, velosipedçi, at arabası idarə edən yolda özünü necə aparmalıdır, hansı nişanlar var. Nişanların mahiyyəti nədir. Həm də 85-ci maddənin bəndləri bir-iki cümlə ordan, bir-iki cümlə burdandır. O maddə heç kimə lazım deyil. İnzibati xətalar məcəlləsinə 2 il bundan qabaq dəyişiklik edilib. Həmin dəyişikliyi 85-ci maddəyə də etmək lazımdır. Hər bir normativ-hüquqi aktın özünü tənzimləmə predmeti var. Yəni öz tənzimləmə predmetindən kənar məsələlər normativ aktda olmamalıdır”.

Qeyd edək ki, ekspert Milli Məclisə isə müraciət edərək 85-ci maddəni ümumiyyətlə Qanundan çıxarılmasını xahiş edib:

“Bu maddənin yol hərəkəti qaydalarına heç bir aidiyyəti yoxdur, müxtəlif qanunvericilik aktlarının müddəlarının yarımçıq yığımıdır. Belə texniki dəyişikliklər də o səbəbdən baş verir”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər