12 İyun 2018 19:13
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəyə daxil olan mobil cihazlar dövlət qeydiyyatına alınarkən onlardan hansı səviyyədə rüsum tələb edilməsi birbaşa qiymətə təsir edən faktordur.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, rüsumların kəskin artırılması nəticə etibarilə qiymətin bahalaşmasına gətirib çıxara bilər: “Rüsumlar artırılacaqsa, bu, qiymət artımına səbəb olacaq. Amma rüsumlarda artım cuzi olsa, güman edilir ki, qiymətlərə birbaşa təsir göstərməyəcək.

Amma rüsumların mütəmadi artırlması arzu olunmur. Hazırkı dövrdə qiymət artımına səbəb olacaq bu tip vergi dəyişikliyi heç bir halda məqsədəuyğun deyil.

Düşünürəm ki, kəskin rüsum artırlması baş verməyəcək. Bütövlükdə rüsumların kəskin artırılması bahalaşmaya səbəb ola bilər”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında dövlət rüsumu haqqında qanun layihəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, ölkəyə daxil olan mobil cihazlar dövlət qeydiyyatına alınarkən onlara rüsum tələb ediləcək. Millət vəkili Ziyad Səmədzadə deyib ki, mobil cihaz vasitələri şəxsi istifadə adı ilə ölkəyə gətirilir, sonra ayrı-ayrı şəxslərə satılır.


Müəllif: Naibə Qurbanova