Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim davam edir.
Sentyabrın 27-də, təlimin üçüncü günündə jurnalistlər gömrük işinin təşkili sahəsində risklərin müəyyən edilməsi, gömrük statistikası, media-gömrük münasibətləri ilə bağlı məlumatlandırılıb.
Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin əməkdaşı Saleh Xəlilli “Risk analizləri və risklərin idarə edilməsi”, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi Əzizağa Əhmədov “Gömrük statistikasının aparılması, metodologiya, statistik məlumatların yerləşdirilməsi və istifadə üsulları”, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov isə “Gömrük-media” mövzularında təqdimatlarla çıxış ediblər.
Təqdimatların gedişində iştirakçıların təklifləri dinlənilib və onlarıın sualları cavablandırılıb.