Bakının Xəzər rayonunda küçə itləri iki uşağa hücum edərək birinin dodağını, digərinin əlini dişləyiblər.
Teleqraf.com xəbər verir ki, hadisə Buzovna qəsəbəsində “İkinci yeni sahə” adlandırılan ərazidə baş verib.
Xəsarət alan Mələk İbrahimova ilə Ramal Hüseynlinin vəziyyəti hazırda normaldır.
Yaşayış massivinin sakinləri ərazidə sahibsiz itlərin çox olmasından narahatdırlar. Onlar aidiyyatı qurumlardan problemin həllini tələb edirlər.
Sakinlər deyirlər ki, sahibsiz itlər təkcə uşaqlara yox, böyüklərə də qənim kəsilib. Massivdə zibil qutuları olmadığından məişət tullantıları hara gəldi atılır. Bu da sahibsiz itlərin həmin əraziyə toplanmasına səbəb olur.
Buzovna qəsəbə nümayəndəliyindən bildirilib ki, bir neçə dəfə sözügedən ərazidən sahibsiz itlər yığılaraq aparılıb və bu tədbirlər davam etdiriləcək.
Bələdiyyədən isə bildirilib ki, bir ay ərzində həmin əraziyə zibil qutuları qoyulacaq.