11 Oktyabr 2018 07:02
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Google” şirkəti Nyu-Yorkda keçirilən təqdimatda “Pixel 3”, “Pixel 3XL” smartfonlarını və “Pixel Slate” planşetini nümayiş etdirib.

Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Rik Osterloh yeni qurğuların təqdimatı çərçivəsində bildirib ki, biz dünyada ən yaxşı kamera yaradaraq onu ən yaxşı “Pixel 3” smartfonuna quraşdırmışıq.

“Biz həm iş, həm də oyun üçün masaüstü kompüter gücünə və məhsuldarlığa malik planşet təqdim edirik”, - şirkət təmsilçisi “Pixel Slate” planşetinin nümayişi zamanı qeyd edib.

O, həmçinin əlavə edib ki, ev istifadəsi üçün şirkət “Google Home Hub” ağıllı ekranını hazırlayıb.

R.Osterloh yeni qurğuların texniki xüsusiyyətləri barədə məlumat verməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər