7 Dekabr 2018 16:32
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bitkoin erası bitmək üzrədir, artıq qiyməti 3300 dollara düşüb. Maksimal qiyməti isə 20 min dollar olmuşdu.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadi Natiq Cəfərli deyib.

Ekspertin sözlərinə görə, dünya tarixi hələ belə “piramida” görməmişdi, dünya üzrə onlarla insan bu işdən ciddi pul qazandı, yüzminlərlə insan isə böyük pullar itirdi:

“Arxasında ciddi məlumatın, analizin olmadığı yatırımların, tez və asan yolla pul qazanmaq həvəsinin axırı həmişə belə olur.

Amma bu təcrübənin dünyaya bir xeyri oldu – “Blokçeyn” texnologiyasına maraq yarandı, müxtəlif istiqamətlər üzrə istifadəsi artdı. “Blokçeyn” 21-ci əsrin ən vacib kəşflərindən biri olacaq. Seçkilərdən tutmuş iri şirkətlərin koorporativ idarəetməsinə qədər hər yerdə istifadə olunacaq”.

Qeyd edək ki, “Blokçeyn” – yapon mütəxəssisi Satoşi Nakamoto tərəfindən hazırlanmış “blok zənciri”dir. Rəqəmsal pul növü olan bitkoin üçün hazırlansa da, texnologiya mütəxəssisləri bundan digər məqsədlər üçün istifadə etmək niyyətindədir, bu baxımdan potensialı yüksək qiymətləndirilir.

Başqa sözlə, “Blokçeyn”i qısa şifrəli əməliyyatların izlənməsini təmin edən paylanılmış məlumatlar bazası kimi qiymətləndirə bilərik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər