27 Dekabr 2018 20:39
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ilə sayılı günlər qalır. Bəzi insanlar bu bayramı evdə, bəziləri isə restoranlarda keçirməyə üstünlük verir. Bəs restoranlarda qiymətlər necədir?

Teleqraf.com bununla bağlı qısa bir araşdırma aparıb.

“Oazis” restoranında qiymətlər 100-150 manat arasında dəyişir. Yeni il gecəsində müğənnilərdən Ədalət Şükürov, Rəşad İlyasov, Rəhim Rəhimli, Niyam Səlami, Nadir Qafarzadə və Xalq artisti Faiq Ağayev olacaq.
“Manqalüstü” restoranından bildirdilər ki, Yeni il gecəsi bura giriş yemək və şou ilə birlikdə adambaşına 100 manatdır. Həmçinin burda Səməd Səmədov və “Qismət” qrupu çıxış edəcək.

“Xəmsə” restoranında da qiymətlər fərqlidir. Səhnəyə yaxın yerlər 100, orta yerlər 80, kənar yerlər isə adambaşına 60-70 manatdır. Amma bunun üçün əvvəlcədən restoranda yer sifariş etmək lazımdır. Burda Yeni il gecəsində məşhurlardan Damla, Yaşar Cəlilov, Səidə Dadaşova, Elariz Məmmədoğlu, Rüfət Axundov və Yaşar Cəlilov qonaqlar qarşısına çıxacaq. Menyüdə müxtəlif salatlar, kabablar və desertlər olacaq.

Digər restoranlarla da əlaqə saxladıq. Qiymətlər xidmətə görə dəyişir:

Bir nəfər üçün Yeni il əyləncəsi “Şuşa” restoranı 60 , “Qızıl Qaya” 70 , “Gənclik Sarayı” 70, “Rich Palace” 70, “Piano Palace” 80, “Monte Karlo” 80, “Planet Premium” 80, “Cıdır düzü” 100 , “Lido” restoranı 120, Flamingo 150-250 , “Grand Neon”da 200-400 manata başa gələcək.

Qiymətlərə müğənnilərin qatılacağı şou proqram, Şaxta Baba və Qar Qız, viktorinalar, hədiyyələr və yemək menyüsü daxildir.

Əksər menyülərda kabablar, salatlar, şirniyyatlar, meyvə çeşidləri, alkoqollu və alkoqolsuz içkilər yer alıb.
Adını çəkdiyimiz restoranlarda azyaşlı uşaqlar üçün biletlər pulsuzdur.

Şou proqram saat 21:00-dan - 04:00-a qədər davam edəcək.

Lakin restoranlarda Yeni ili keçirmək üçün biletləri əvvəlcədən sifariş verməli və yaxud restoranlara gələrək əldə etməlisiniz.

Bir sözlə, Yeni il gecəsini restoranlarda keçirmək üçün ən azı 60 manatınızdan keçməli olacaqsınız.


Müəllif: Aytən

Oxşar xəbərlər