28 Avqust 2014 18:51
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın və kişiləri yaxşı tanımaq üçün müxtəlif variantlar irəli sürülür. Yazıçılar, alimlər, ekspertlər ailə üzvlərinə, bədən quruluşuna, üz cizgilərinə, bürcünə görə qadın və kişiləri daha yaxşı tanımaq üçün müxtəlif ipucları, tövsiyələr verirlər.


Teleqraf.com tabloid.az-a istinadən xəbər verir ki, qan qrupuna görə kişi və qadınların xasiyyətini də təxmin etmək mümkündür.

Qan qrupuna görə kişilər:

I qan qrupu:Qadınların başını qatmaqda və ilk baxışdan cəzb etməkdə mahirdirlər. Onların qadını həsrətdə qoyub məsələni uzatmaqdan xoşu gəlir. Amma öz ovlarını ələ keçirəndən sonra qadınlar peşman olmayacaq: çünki o, çox yaxşı kişidir.

II qan qrupu: Çox çəkingən və utancaqdır olurlar. Sevgi və istəklərini baxışları ilə, özü də gizli çatdırırlar. Onun həyat yoldaşı ərini sevdiyini gərək həmişə nəzərə çatdırsın... Bu kişilər qadına çox məhrəm, hətta ana kimi baxırlar. Ona görə də ehtiras onlar üçün əsas deyil. Qayğıkeş, işgörən, bəzənsə özlərindən böyük xanımla ailə qururlar.

III qan qrupu: Hamı elə güman edir ki, o, Don Juandır. Həqiqəti isə bircə özü bilir... O - qadınlarla danışmağı, zarafat etməyi, özünü onlara yaxşı göstərməyi xoşlayır. Əslində isə sevgidən və həqiqi yaxınlıqdan qorxur. Ondan pis ər çıxmayacaq. Hərdən günah işlətsə də, ona ömür boyu etibar etmək olar.

IV qan qrupu: Qadınla bağlı bütün incəlikləri əla bilir. Hissləri dərin olmasa da, ehtirası kifayət qədərdir. Sevgi oyunlarının baş qəhrəmanıdır. Əgər qadın ona bircə gün etiraz etsə, bir daha bu kişinin üzünü görməyəcək.

Qan qrupuna görə qadınlar:

I qan qrupu: Bu qadınlara onu möhkəm sıxa biləcək və heç yerə getməyə qoymayacaq kişi əli lazımdır. Cazibəli, isti və qısqancdırlar. Yanındakı kişinin başqasına ötəri baxmasını belə həzm edə bilmirlər. İntim həyata acgözdürlər. Çünki ehtirasın əsiridirlər. Bu isə hər kişinin xoşuna gələr.

II qan qrupu: Çox çəkingən olduğu üçün fikrindən nə keçdiyi tutmaq olmur. Hətta aşiq olsa belə, onu ən gizli sirr kimi saxlayır. Əgər, kişi bunu duysa, onda hər şey əla olacaq. Bu qadınlar etibarlı olurlar. İntimdə çox hissiyatlıdırlar.

III qan qrupu: Düzgünlüyün və sadiqlyin arxasında gizli ekstravaqantlıq gizlənir. Amma ondan yaxşı arvad çıxacaq. Sevgi və intimdə həlledici söz onda olmalıdır. Ehtiras onun üçün əsas hiss deyil. İntim məsələdə o, sanki vampirə çevrilib, kişinin bütün enerjisini sovuracaq.

IV qan qrupu: O da kişiləri asanlıqla cəzb edə bilir, amma sonradan çox ciddi və tələbkar tipə çevrilir. Əgər kimisə öz həyatına yaxın buraxsa, bilin ki, kişi onun istədiyi ilə barışmalı və bütün gücünü ona sərf etməlidir. Kişini o qədər bezdirəcək ki, yazıq evdən qaçacaq.


Müəllif:

Oxşar xəbərlər