29 Avqust 2014 19:35
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un xəbərinə görə, Azərbaycanda idmanın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə başlamaq üçün prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər