2 Sentyabr 2014 11:43
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə Birləşmiş Millətlər Təşkilatının sabiq baş katibi Butros Butros Qali ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov arasında görüş keçirilib.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş qurumun iki illiyi ilə əlaqədar gerçəkləşən layihə çərçivəsində baş tutub.

Görüşdə mərkəzin fəxri üzvü olan B. Qaliyə təşkilatın təsis etdiyi Nizami Gəncəvi mükafatı təqdim olunub.

Qeyd edək ki, Nizami Gəncəvi mükafatı daha öncə sabiq prezidentlər Bill Klinton, Vayra Vike-Frayberqa, Tarya Halonen, Süleyman Dəmirəl, Şahzadə Nur, Şahzadə Silvio, ABŞ-da Hillari Klinton administrasiyasının rəhbəri olmuş Melani Ververə təqdim olunub.

B. Qali ilə gələn il Bakıda keçiriləcək və özünün də iştirak edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub, forumla əlaqədar sentyabrın 4-7-də Andorrada keçiriləcək toplantıya dair fikir mübadiləsi aparılıb. B. Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən toplantının əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, “Avropada etimadın bərpa olunması” mövzusunda müzakirələrin aparılması bu gün Avropada münaqişələr, gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda olduqca vacib addımlardan biridir.

Qeyd edək ki, Andorrada keçiriləcək toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun rəhbərliyi və üzvlərinin iştirakı nəzərdə tutulub. Onların arasında Vayra Vike-Frayberqa, İsmail Serageldin, Boris Tadiç, Mixail Saakaşvili, Recep Meydani, Viktor Yuşenko, Hikmet Çətin və digər sabiq dövlət və hökumət başçıları var.


Müəllif:

Oxşar xəbərlər