5 Sentyabr 2014 13:09
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ATƏT-in Azərbaycanda layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib. Komitədən Teleqraf.com-a verilən məlumata görə, M.Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün yaradılan şəraitin yaradılması barədə ATƏT rəsmisinə məlumat verib. Eyni zamanda dini abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində böyük qayğının olduğunu vurğulayıb.

A.Şahtaxtinski ATƏT-in tolerantlıqla bağlı müxtəlif layihələrinin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın mövcud tolerantlıq modeli Avropa üçün önəm kəsb edir. ATƏT rəsmisi gələcəkdə də bu təcrübənin təşviq edilməsi istiqamətində birgə tədbirlərin keçirməsinin əhəmiyyətli olacağını diqqətə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra layihələr ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər