Qobustanda penitensiar mərkəzlərdən buraxılmış keçmiş məhbusların cəmiyyətə adaptasiyasını təşkil etmək üçün bir neçə sığınacaq tikilir.
Teleqraf.com xebər verir ki, bunu jurnalistlərə açıqlamasında, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov söyləyib.
Zabratda kimsəsiz uşaqlar üçün də sığınacaqların tikildiyini deyən nazir, bu sığınacaqların ilin sonuna qədər təhvil veriləcəyini qeyd edib:
“Zabratda həm də kimsəsiz uşaqlar üçün peşə-reabilitasiya mərkəzləri inşa olunur. Bu yaxınlarda məişət zorakılığına məruz qalmış şəxslərin cəmiyyətə adaptasiyasının təşkil olunması üçün fəaliyyət proqramı qəbul olundu. Bu proqramda belə şəxslərin sosial adaptasiyasının təmin olunması və onlar üçün reabilitasiya mərkəzlərinin tikiməsi nəzərdə tutulub. Hazırda bu məsələlər üzərində iş gedir. Gələn ildən etibarən isə ölkənin müxtəlif regionlarında belə sığınacaqların hazırlanması üçün dövlət büdcəsindən əlavə vəsaitin ayrılması nəzərdə tutulub.”
İlhamə