18 İyul 2019 21:28
2 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir müddətdir ki, toy mövsümünə start verilib. Cütlüklərin toy üçün ən çox bu mövsümə üstünlük verməsi restoran menyularındakı qiymətlərə də təsirsiz ötüşmür. Bəs görəsən, fəsildən asılı olmayaraq, hanzırda şadlıq evlərində qiymətlər necədir və onlar necə təyin edilir?

Bu suallara aydınlıq gətirmək üçün toy evlərilə əlaqə saxladıq.

“Xan sarayı” şadlıq evinin administratoru Vaqif Babayev deyir ki, burada qiymətlər 45 manatdan başlayır. “Əgər siz həftəarası toy edəcəksinizsə, sizə endirim edə bilərik. Həftəsonları üçün isə endirim olmur”- deyə bildirdi. Burada qiymətlər təqdim edilən məhsulların çeşidləri əsasında müəyyən edilir.

“İmperial” şadlıq evindən bildirdilər ki, qiymətləri 38 manatdan başlayır. Burada da qiymətlərə məhsulların çeşidləri təsit göstərir.

Əgər siz toyunuzu “Hollywood Wedding&Henna Restaurant” da etmək istəyirsizsinizsə minimum 150, maksimum isə 250 manatınızdan keçməlisiniz. Menyu ona görə bahadır ki, burada gəlinə brilliant üzük hədiyyə edilir.

“Bizim sarayda menyu qiymətləri 80-200 manat arasında dəyişir", bunu “Sapfir” şadlıq evinin nümayəndəsi İlqar əməkdaşımızla söhbətində bildirib: ”Əgər siz 100 manatdan yuxarı menyular seçsəniz yeməklər hər qonağa fərdi şəkildə təqdim olunur. Məsələn, 130 manatlıq menyuda alma ilə hazırlanan sous, qaz əti kimi təamlar hər qonağa fərdi qaydada təqdim edilir ”.

“Piano Palace” da isə qiymətlərin 40-45 manat arasında dəyişir. Şadlıq evinin Ruslan adlı nümayəndəsi qeyd edib ki, toyun hansı gündə olması və seçilən zallar qiymətlərə təsir göstərir.

“Golden Ring” şadlıq evində 45-55 manatlıq menyular təqdim edilir: "Burada qonaqlara qızıl balıq, pizza lüləsi kimi yeməklər təqdim olunur".

Şadlıq evlərin nümayəndələrilə apardığımız söhbətlərdən aydın oldu ki, qoymətlər yeməklərin çeşidləri, zal, gün, fəsildən asılı olaraq dəyişir.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər