11 Sentyabr 2014 13:23
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universiteti 2014-cü tədris ili üçün elmlər doktoru proqramı üzrə universitetdə doktoranturaya qəbul qaydalarını açıqlayıb.

BDU-nun mətbuat xidmətindən Teleqraf.com-a daxil olan xəbərə görə, elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına); kadrların şəxsi-qeydiyyat vərəqi; tərcümeyi-hal; 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); iş yerindən xasiyyətnamə; əmək kitabçasından çıxarış; çap olunmuş elmi işlərin siyahısı; “«Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə); şəxsiyyəti təsdiq edən sənədin surəti tələb olunur.

Sənədlər 05 sentyabr- 05 oktyabr tarixinədək Magistratura və doktorantura şöbəsində qəbul edilir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər