2 Sentyabr 2019 17:33
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi nağdsız şəkildə həyata keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Aqrar Ticarət Şirkətində keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Nazir müavininin sözlərinə görə, kartlar fermerlərə ilin sonuna kimi veriləcək:

"Kartlar fermerlərə “Kapital Bank” tərəfindən pulsuz veriləcək. Fermerlər kartın balansında olan məbləğin 25 faizini nağd, qalan 75 faizini isə nağdsız şəkildə istifədə edə biləcək".

Qeyd edək ki, 2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər