“Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq paytaxtda avtobusların yenilənməsi prosesi gedir. Bu işlər çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni ictimai nəqliyyat vasitələri alınır. Artıq onların 50 faizi paytaxtdadır. Digərlərinin də çatdırılması istiqamətində işlər gedir. Yaxın vaxtlarda sakinlərin bu məslə ilə bağlı narazılığı aradan qaldırılacaq”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin rəhbəri Mais Ağayev Neftçilər metrostansiyası-Yeni Günəşli xətti ilə hərəkət edən 64, Köhnə Günəşli-Qaraçuxur xətti ilə hərəkət edən 81, Qaraçuxur -Hövsan xətti üzrə hərəkət edən 103 saylı avtobusların bəzi oturacaqlarının narahatlığına əsasən sakinlərin şikayətləri ilə bağlı suala cavab verərkən deyib.
Onun sözlərinə görə, yeni gətirilən nəqliyyat vasitələrinin uzunluğu 12-18 metr olacaq: “Sadəcə avtobusların yenilənməsi üçün bəlli bir zaman lazımdır”.