15 Sentyabr 2014 17:13
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın tanınmış alimi, Vaşinqton Dövlət Universitetinin Bitki Xəstəlikləri Departamentinin rəhbəri, professor Hanu R.Pappunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) dəvəti ilə, ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) təsis etdiyi Norman Borlaug Beynəlxalq Təqaüd Proqramı çərçivəsində Azərbaycanda səfərdə olub.

Genetik Ehtiyatlar İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, institutun direktoru Zeynal Əkpərov dünya şöhrətli alimi qəbul edərkən görüşdə ikitərəfli elmi əlaqələrin gələcək inkişafı, beynəlxalq tədqiqat proqramlarında birgə iştirak, gənc kadrların hazırlanmasında ABŞ alimlərinin dəstəyi, elmi mübadilə və sair bu kimi məsələlər müzakirə edilib. Professor R.Pappunu GEİ-də aparılan müasir tədqiqatlarla, burada yaradılmış yeni laboratoriyalar və gənc alim potensialı ilə tanışlıqdan məmnun olduğunu bildirib.

Səfər dövründə qonaq alimin rəhbərliyi ilə “Virusların bioloji və molekulyar xüsusiyyətləri” mövzusunda AMEA və Kənd Təsərrüfatı Nazirliyi institutlarının alim və mütəxəssislərinin iştirakı ilə Milli Seminar təşkil edilib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər