15 sentyabr 2014-cü il tarixində mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev ilə YUNESKO-nun Baş direktorunun yeni təyin edilmiş müavini Alfredo Perez de Arminan arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, nazir təyinat münasibətilə cənab A.P.De Arminanı təbrik edib və işlərində uğur arzulayıb.
Görüşdə Azərbaycanla YUNESKO arasında mövcud əlaqələr və gələcək perspektivlər müzakirə olunub. Əbülfəs Qarayev Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO-nun xoşməramli səfiri Mehriban xanim Əliyevanın bu əməkdaşlığın inkişafında çox əhəmiyyətli rolunu qeyd edərək, bütün sahələrdə mühüm irəliləyişlərin olduğunu diqqətə çatdırıb.
Görüşdə maddi və qeyri-maddi mədəni irs, yubileylər, Haaqa Konvensiyası və digər sahələrdə mövcud əməkdaşlığın daha da dərinləşməsinin vacibliyi vurğulanıb.
YUNESKO rəsmisi isə yeni başladığı vəzifəsində Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
İlhamə