Xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Səmi Abdulla Ğoşeni qəbul edib.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən E.Məmmədyarov bu xüsusda, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini xüsusilə vurğulayıb.
İki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən Səmi Abdulla Ğoşe diplomatik fəaliyyəti dövründə İordaniya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.