19 Sentyabr 2014 23:20
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan bizim qardaşımızdır. Biz Azərbaycanla sıx iqtisadi və mədəni əməkdaşlıq edirik”.

Publika.az xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Ramazan Abdulatipov deyib.

Azərbaycanla birgə həyata keçirdikləri bir sıra layihələrdən danışan Dağıstan rəhbəri bildirib ki, dağıstanlılar və azərbaycanlılar bir çox parametlər üzrə yaxındır.

“Bizim bir kökə bağlı çoxlu oxşarlıqlarımız var. Biz aramızdakı bəzi məsələlərri həll edirik. Xüsusilə, ləzgi dili və mədəniyyətinin qorunması ilə bağlı. Azərbaycan prezidenti də daim bu məsələyə xüsusi önəm verir. Bundan başqa, Dağıstanda idmanın inkişafına da Azərbaycanın töhfəsi böyükdür. Yaxın vaxtlarda bizdə valeybol yarışı keçiriləcək ki, ora Azərbaycanı da dəvət edirik”, -deyə R. Abdulatipov bildirib.


Müəllif: