Azərbaycanlı jurnalist Aynur Mirhəsən vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkə hesablarında məlumat veriblər. Qan xərçəngindən əziyyət çəkən Aynur Mirhəsən Türkiyədə müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.
Mərhumun cənazəsi bu gecə Azərbaycana gətiriləcək.
Qeyd edək ki, mərhum jurnalist “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərində, “Medifaorum”, “Ann.az” saytlarında çalışıb.